Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia-dan yeni krossover

Cənubi Koreya şirkəti kompakt krossoverlər seqmenti üzərində növbəti dəfə iş görməyi planlaşdırır. O, artıq bu ildən Avropa bazarına “yeni qərarını” çıxarmaq istəyir. Budur, Kia gələcək modelin ilk təsvirlərini göstərdi.

Əvvəllər bildirildiyi kimi, B seqmentinə aid yeni kompakt şəhər krossoveri üçün Kia-da Stonic adını patentləşdiriblər. Şirkətdən deyiblər ki, Stonic Speedy (cəld) və Tonic (tonika – musiqi ahənginin əsas səsi) sözlərinin birləşməsindən alınıb. Kia texniki göstəricilər barədə məlumat vermir, lakin ilkin məlumatlara əsasən, Stonic bu seqmentin əvvəlki yenilikləri ilə eyni platformada yığılacaq.

Koreya markasının yeni yolsuzluq avtomobili bu payız Frankfurt sərgisində debüt edəcək. Kia-dan bildiriblər ki, Stonic məxsusi olaraq Qərbi Avropa bazarı üçün hazırlanıb və o, 2017-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia Stonic 13.06.2017

Şərhlər


AD