Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TechArt ildönümü üçün Cayenne düzəltdi

TechArt alman atelyesi 30 illik yubileyi üçün Porsche Cayenne-nin xüsusi versiyasını - Magnum Sport Edition “30 years” düzəltdi. Şirkət top variantında Turbo S modifikasiyasını 720 a.g.-dək gücləndirməyi təklif edir.

Aerodinamik paketin tərkibinə yeni bamperlər, əlavə ventilyasiya dəlikləri olan genişləndirilmiş təkər yarımhalqaları, “ətəklər”, qabaq splitter, arxa diffuzor, yük yerinin qapağının qırağında spoyler, karbon qoymaları olan başqa kapot və fərqli radiator barmaqlığı daxildir.

Yolsuzluq avtomobili, həmçinin, idman buraxılış sistemi, modernləşdirilmiş pnevmatik asılqan və 22-düymlük təkər diskləri əldə edəcək. Turbo S modifikasiyasında 4,8 “Səkkizliyin” gücü 150 a.g. artdı. Belə avtomobil sıfırdan “yüzə” 3,8 saniyəyə sürət yığır - Sport Chrono paketi olan baza avtomobilindən 0,3 saniyə tez. Maksimal sürət – 311 km/saatdır (+27 km/saat).

Bundan başqa, “Kayennin” standart versiyasından başlayaraq, istənilən versiyası üçün tüninqi sifariş etmək mümkündür. Məsələn, dizel variantının faydalı iş əmsalı 262-dən 290-dək artacaq. Benzinlə işləyən Cayenne S 420 əvəzinə 500 a.g., GTS isə 440 a.g. əvəzinə 520 a.g. verəcək.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne, TechArt 12.06.2017

Şərhlər


AD