Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dünyanın ən bahalı avtomobili

Rolls-Royce dünyada ən bahalı avtomobil təqdim edib. Kupe Sweptail əl ilə yığılıb və 1930-cu illərin Rolls-Royce avtomobilləri üslubunda dizayn alıb.

Rolls-Royce şirkəti yeni kupe Sweptail təqdim edib. Avtomobildən cəmi bir ədəddir və İtaliyada keçirilən cazibədarlıq müsabiqəsində -  Villa-da təqdim edilib. Brendin mətbuat xidmətindən verilən məlumata görə, Sweptail əl ilə yığılıb və 1930-cu illərin Rolls-Royce avtomobilləri üslubunda dizayn alıb.

Yeniliyi 10 milyon funt dəyərində qiymətləndiriblər. Beləliklə, Sweptail birbaşa istehsalçıdan sifariş edilmiş avtomobillər arasında dünyada ən bahalısı olub. Bu barədə The Telegraph məlumat yayıb. Buna baxmayaraq, şirkət özü yeni Sweptail-in qiymətini təsdiqləməyib.

“Bu Rolls-Royce müştərinin istəyinə uyğun olaraq əl ilə yığılıb. Müştəri Hudvuda gələrək öz ideyasını bildirmişdi, onun həyata keçirilməsində iştirak etmişdi. Biz də ona hansı parçadan istifadə etmək barədə məsləhətlər vermişdik. Demək olar ki, biz müştərinin seçdiyi parçadan kostyum tikdik. Məhz bununla onu qiymətləndirəcəklər”, - deyə Rolls-Royce Motor Cars-ın dizayn üzrə direktoru Caylz Teylor bildirib.

Avtomobil müasir Rolls-Royce-lar tarixində ən böyük radiator barmaqlığı alıb. Avtomobilin arxa hissəsi yürüş yaxtalarının formasından ilhamlanıb. Yeniliyi, həmçinin panoram dam və üzərində 08 yazılmış lövhəciklərlə təchiz ediblər.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Sweptail 01.06.2017

Şərhlər


AD