Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

General Motors daha bir SUV göstərəcək

Paris avtosalonunda, yeni Chevrolet Orlando, hetçbek Cruze və kompakt Aveo-nun göstəriləcəyi haqda verdiyi məlumatdan dərhal sonra, yeni nəsil Chevrolet Captiva-nı da göstərəcəyini elan etdi.

Göründüyü kimi, avtomobil, banını atletikləşdirən dəyişikliklərə məruz qalıb. Captiva-ya öndən baxsaq, iti və aqressiv görünüşlü mühərrik bölməsinin qapağı, iki yerə ayrılmış, böyüdülmüş radiator toru və onun ortasında Chevrolet emblemi, prizmatik ön faralar, həmçinin, güzgülərə inteqrasiya olunmuş dönmə siqnalı nəzərimizə çarpır. Stilə, avtomobilin yeni rənglər qamması, genişləndirilmiş çarx qövsləri, hamar və getdikcə artan yan cizgilər əlavə olunur.

İstehsalçı, Captiva-nın mühərrik bölməsində də dəyişikliyin olacağına söz verir. Yeni nəsil, mexaniki və avtomatik altıpilləli transmissiya ilə vahidləşdirilən, dörd yeni, güclü mühərriklə dəstləşdiriləcək. Mühərrik cərgəsi, 2.4 l və 3.0 l həcmli, 171 a.g. və 268 a.g. verən iki benzin mühərriki və təbii ki, 2.2 litr həcmli, 163 a.g. və 184 a.g. verən iki turbo-dizel mühərriklərindən ibarətdir. Bundan başqa, şassi tənzimləmələri də dəyişilib.

Captiva-nın interyeri daha keyfiyyətli materialdan hazırlanıb, həmçinin, sonuncu Chevrolet modellərinə məxsus olan bəzi detallar – mavi işıq və salonun ön hissəsinin çaşdırıcı, yan qapılarla toqquşan və iki ayrı kabina hissi yaradan dizayn elementi də yer alır.

Yeni avtomobilin rəsmi premyerası Paris avtosalonunda keçiriləcək, Avropada satışına isə 2011-ci ilin yazında başlanılacaq.

Mənbə: auto.utro.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD