Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Maserati Levante-ni təkmilləşdirib

2017-ci ilin martında Almaniyanın Novitec atelyesinin mütəxəssisləri krossover Maserati Levante-ni təkmilləşdiriblər. O vaxtdan layihə üzərində iş davam edir və indi tünerlər modifikasiyanın son variantını Novitec Esteso adı altında təqdim ediblər.

İtaliyan yolsuzluq avtomobili 8 müxtəlif hissədən ibarət olan enli asma alıb. O quraşdırıldıqdan sonra avtomobilin banının eni 2090 mm-dək artıb. Yəni, təkmilləşdirilmiş Maserati Levante hətta yolsuzluq avtomobili Hummer H2-dən də enli olub.

Novitec Esteso modifikasiyası ventilyasiya kəsiyi, qabaq arxa spoylerləri, yan ətəkləri və  diffuzoru olan fərqli kapot alıb. Bu cür yolsuzluq avtomobilinin banı tünerlər tərəfindən tutqun-göy rəngə boyanıb.

Enliləşdirilmiş təkər arkalarında 22-düymlük yüngüllehimli xüsusi disklər var. Şirkət pnevmatik asılqanı da 25 mm aşağı salıb. Bütün bu dəyişikliklər sayəsində yolsuzluq avtomobilinin eksteryeri daha aqressiv olub. Levante-nin interyerinə gəldikdə, Novitec atelyesi bunu da dəyişib, lakin hələlik yeniliklərin siyahısı və şəkillər yoxdur.

Maserati Levante-nin mühərrikini daha gücləndirməyiblər. Qeyd edək ki, əvvəllər tünerlər 3-litrlik altılığın gücünü 494 a.g. və 658 Nm-dək artırmışdılar. Bu cür mühərrikə malik olan avtomobil yerindən ilk yüzlüyə 4,8 saniyəyə sürətlənir, maksimal sürət isə 273 km/saatdır. Paketin qiymətin barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Levante, Novitec 27.05.2017

Şərhlər


AD