Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dünyanın ən sürətli avtomobilləri

Sürət – nisbi dəyərdir. Siz yol qırağındakı ağaca və ya Avstriyanın bəzi şəhərlərinin YHQ-na nisbətən çox sürətli ola bilərsiniz. Lakin, əgər bu seçimdən bir avtomobil sürməmisinizsə, sürət haqqında heç ne bilmirsiz.

Qarşılayın, dünyanın ümumi istifadə yollarına buraxılmış ən sürətli avtomobilləri:

10. Aston Martin One-77: 355 kilometr/saat
Bu britaniyalının mühərrik bölümündə 700 a.g. verən, altıpilləli sekvental sürət qutusu ilə birgə işləyən 7,3 litrlik V12 atmosfer mühərriki yerləşir. Yenilik sıfırdan yüz kilometr saata 3,5 saniyəyə sürət yığır.

9.Lamborghini Veneno: 355 kilometr/saat
Kupe 750 a.g. verən on iki silindrli 6,5 mühərriki və yeddipilləli robotlaşdırılmış sürət qutusu ilə komplektləşdiriir. Superkar ilk “yüzü” 2,8 saniyəyə yiğır. Bu avtomobilin satış qiyməti – təqribən 7 milyon avrodur.

8.Noble M600: 362 kilometr/saat
Britaniyalı kökləri olan superkar 4,4 litrlik V8 mühərriki ilə təchiz olunur. Onun faydalı iş əmsalı 650 a.g.-dür. Avtomobildə gücü 450 və ya 550-də məhdudlaşdırmağa imkan verən açar var.

7.Zenvo ST1: 375 kilometr/saat
Arxa ötürücülü superkar Zenvo ST1 mexaniki ötürücü və turbini olan yeddilirtlik səkkiz silindrli benzin mühərriki ilə təchiz olunur. Altıpilləli mexaniki sürət qutusu ilə birgə işləyən mühərrik 1104 a.g. və 1430 fırlanma anı verir.

6.McLaren F1: 386 kilometr/saat
Əfsanəvi F1636 a.g. verən 6,1 litrlik on iki silindrli atmosfer mühərriki ilə təchiz olunub. Kupe ilk “yüzü” 3,2 saniyəyə yığır.

5.Saleen S7: 399 kilometr/saat
2005-ci ildən S7 sayəsində faydalı iş əmsalı 750 a.g. olan iki turbinli mühərrik əldə etdi. Belə superkar yerindən 96 km/saata 2,8 saniyəyə sürət yığa bilər.

4.Koenigsegg Regera: saatda 400 kilometr
Regera – beşlirtlik tvin-turbo V8 mühərriki, üç elektrik mühərriki, xüsusi hazırlanmış KDD transmissiyası (adi tranmissiya dəyişməsi olmadan “bilavasitə ötürücü” texnologiyası) olan hibriddir. Ümumi gücü – 1500 a.g. və təqribən 2000 fırlanma anıdır. Superkar ilk “yüzü” 2,8 saniyəyə yığa bilir.

3.SSC Ultimate Aero: 412 kilometr/saat
SSC Ultimate Aero avtomobili 1183 a.g. verən 6,2 litrlik səkkizsilindrli benzin mühərriki ilə təchiz olunur. Avtomobil ilk “yüzə” 2,8 saniyəyə sürət yığır.

2.Bugatti Chiron: 420 kilometr/saat
Chiron 1500 a.g. verən  W16 mühərriki və iki muftalı robotlaşdırılmış yeddipilləli sürət qutusu ilə təchiz olunur. “Şiron” 0-dan 100 km/saata 2,5 saniyəyə, 200 km/saata 6,5 saniyəyə, 300 km/saata isə 13,6 saniyəyə sürət yığır.

1.Hennessey Venom GT: 435 kilometr/saat
Superkar Hennessey Lotus Elise-in modifikasiya olunmuş platformasında quraşdırılıb. Onun 1244 a.g. verən, iki turbinli yeddilitrlik səkkiz silindrli mühərriki var. Avtomobilin qiyməti – 1,2 milyon ABŞ dollarıdır.

AUTO.AZ



11.05.2017

Şərhlər


AD