Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MG E-Motion elektrokupesini təqdim etdi

Çinin SAIC şirkətinin MG markası Şanxay şəhərində E-Motion elektrik kupesinin konseptini təqdim etdi. Firma dördyerli prototipin əsasında 2020-ci ilədək seriya avtomobili buraxmağı planlaşdırır.

İkiqapılı üçün güc qurğusunu SAIC-da hazırlayıblar. Təfərrüatların çoxu gizli saxlanır. Lakin, konseptin yerindən 100 km/saatadək dörd dəqiqədən tez sürət yığdığı məlumdur. Bununla belə maksimal hərəkət ehtiyatı 500 kilometrdən artıqdır.

“Qanad” qapılar və arxada böyük diffuzoru olan aerodinamik komponentlər çoxluğu yeni eksteryerin xüsusiyyətləri oldu. Bununla belə, qabaq optika işıqlandırma rejiminin dəyişməsi zamanı qalxan aktiv “qapaqla” fərqlənir.

Konsept həmçinin demək olar ki, tam şüşə dam əldə edib. Autocar-ın verdiyi məlumata görə, kupenin seriya versiyasının qiyməti 40 min dollardan aşağı ola bilər. MG modelin istehsalına ictimaiyyətin konseptə olan reaksiyasnı qiymətləndirdikdən sonra qərar verəcək.

AUTO.AZ



teqlər:
MG, MG E-Motion 03.05.2017

Şərhlər


AD