Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Geely-dən ilk miniven

Geely şirkəti Şanxay motorşousunda ilk minivenini təqdim edib. Avtomobil MPV Concept adlanır və gələcəkdə seriya versiyası ala bilər. Prototip qısa qabaq və arxa çıxıntılar, şüşə dam və diodlu optika alıb. Ənənəvi yan güzgüləri videokameralar əvəzləyəcək, onlardan alınan görüntü xüsusi displeyə ötürüləcək.

Avtomobilin salonunda idman oturacaqları və rəqəmsal cihazlar paneli quraşdırılıb. Minivenin texniki xarakteristikaları hələlik sirr olaraq qalır. Geely-nin Şanxayda daha bir premyerası da seriyalı krossover olub. O, yeni Lynk & Co. brendi altında satılacaq. Avtomobil 01 adlanır və o, Çində 2017-ci ilin sonlarında satışa çıxarılacaq. 2019-cu ildən isə avtomobili ABŞ və Avropada əldə etmək mümkün olacaq. Bu qərarın nə ilə bağlı olduğu məlum deyil.

Satışın ilkin mərhələsində avtomobil 1,5-litrlik, 3-silindrli benzin mühərriklə təklif ediləcək. O, 180 a.g.-ə malikdir. Müştərilərə, həmçinin krossoverin hibrid variantı da təklif ediləcək. Güc qurğusuna 1,5-litrlik mühərrik və elektrik mühərriki daxildir. Onun ümumi gücü 220 a.g.-dür.

Bundan əlavə, avtomobil 2,0-litrlik, 4-silindrli mühərriklə də təchiz edilə bilər. Bu cür avtomobil 240 a.g.-ə malik olacaq.

AUTO.AZ



teqlər:
Geely, Geely MPV Concept 25.04.2017

Şərhlər


AD