Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda

Yaponiyanın ən böyük avtomobil şirkətinin baş ofisi Hiroşimadan bir qədər aralıda kiçik qəsəbə olan Futyuda (əhalisi 50 min nəfərə yaxındır) yerləşir. Bu ofis ən köhnələrdən biridir, lakin şirkət bu yaxınlarda Avstraliyada böyük nümayəndəlik açıb. Burada markanın əsas avtomobillərindən ibarət kiçik ekspozisiya da var.

Mitsubishi Motors

Mitsubishi-nin baş qərargahı da kifayət qədər kiçikdir. O, Tokionun Minato rayonunda yerləşir. Yaxınlıqda isə əsas rəqiblərdən biri olan Honda-nın baş ofisidir. Mitsubishi bu yaxınlarda Renaul-Nissan konserni ailəsinə daxil olub. Lakin yəqin ki, bu, əsas ofisin yerləşməsinə təsir etməyəcək. Belə ki, Mazda-nın Ford ilə əməkdaşlığı zamanı da heç kim heç yerə köçməmişdi.

Nissan

Mitsubishi kimi, Nissan-ın da baş qərargahı xüsusi rayondadır. Bu rayon Yokohamada yerləşir və Nisi adlanır. Bu, Nissan şirkətinin vətənidir. Baxmayaraq ki, törəmə Datsun bir neçə il əvvəl peyda olmuşdu, özü də başqa şəhərdə - Tokioda. Nissanın Yokohamadakı zavodu 1935-ci ildə inşa edilib, lakin əsas diqqət avtomobillərə deyil, təyyarələrə yönəlmişdi. Baş qərargahın yeni binası 2009-cu ildə inşa edilib. Ümumi ərazisi 92 min kvadrat metrdən çox olan bina 22 mərtəbəlidir.

Volkswagen

Volfsburq şəhəri Volkswagen sayəsində və onun üçün salınıb. Ona görə də şirkətin yaşaması üçün önəmli olan bütün kanalları məhz burada qərarlaşıb. Bolfsburqda zavodla və baş qərargahla yanaşı, şirkətin muzeyi, konsernə daxil olan bütün brendlərin sərgi pavilyonu, o cümlədən zavoddan birbaşa avtomobil götürmək istəyənlər üçün xüsusi diler mərkəzi var. Sahibini gözləyən avtomobil şüşədən olan və avtomatik ötürmə sistemi ilə təchiz edilmiş çoxmərtəbəli silindrlərin içində dayanır.

Lada

Volfsburq kimi, Tolyattinin də ürəyi avtomobil zavodudur – belə ki, müəssisənin yaradılmasından sonra Stavropolun əhalisi 2 dəfədən də çox artıb. Onun fonunda hündürmərtəbəli idarəetmə binası var ki, onu baş qərargah adlandırmaq olar. Vaxtilə bu cür düşünülmüş arxitektura və Lada emblemli hündür binalar Kanadada, Belçikada və digər ölkələrdə var idi.

Volvo

Volvo da öz köklərini qoruyub saxlayır – artıq 90 ildir ki, şirkətin təkmilləşdirilmiş baş qərargahı Höteborq şəhərində yerləşir. Bundan əlavə, hətta 1927-ci ildə Volvo-nun ilk avtomobilinin çıxdığı darvaza da qorunub saxlanılıb. 2010-cu ildən bəri Volvo Cars-ın bölməsi Çinin Geely şirkətinə məxsusdur. Lakin bu, baş qərargahın yerinin dəyişilməsinə səbəb olmayıb. Elə burada da avtomobillərin təhlükəsizliyinin yaxşılaşdırılması mərkəzi və tədqiqat bölməsi yerləşir.

Fiat

Şəkildə gördüyünüz artıq tarixdir. Bu, gözəl tarixdir. Əvvəllər burada Fiat-ın baş qərargahı yerləşirdi – indi isə korporasiyanın Avropada inkişaf etdisilməsinə Fiat-ın texniki kommersiyasına cavabdeh olan, 2014-cü ildə yaradılmış Fiat-Chrysler-in qərargahlarından biri yerləşir. Onun yanında Fiat Lingotto-nun əvvəlki zavodu dayanır.

Chrysler

Əgər Fiat Chrysler Automobiles-in (FCA) Avropa üzrə baş qərargahı varsa, demək Amerika üzrə də olmalıdır. Hazırda bu, Miçiqandakı Chrysler kompleksidir. Axşamlar onun amerikan emblemi parıldayır. Təkcə bölmənin yox, bütün ittifaqın baş qərargahına gəldikdə isə, o, Amsterdamda yerləşir. Alyans Londonda qeydə alınıb. Belə bir qarışıqlıq.

Ford

Ford-da da baş qərargah cəhətdən çatışmazlıq yoxdur (Avropa, Amerika və Avstraliya Ford-ları bir-birindən çox fərqlidir), lakin əsas ofis Miçiqan ştatı, Dirborn şəhərində yerləşir. Şirkətin ən qədim zavodu da elə buradadır. Binanın yaxınlığında Ford-un tədqiqat laboratoriyası yerləşir. Hər şey Henri Fordun burada ev alması ilə başlayıb.

Bentley

Bentley şirkətinin İngiltərənin Kryu şəhərindəki baş qərargahı belə görünür. Bütün avtomobillər burada yığılır (banlar Volkswagen-in Tsvikkau və Bratislava zavodlarından gəlir). Ümumilikdə, şirkətin dünyanın müxtəlif yerlərində 9 böyük ofisi var. Onlar müştərilərin istəklərinin öyrənilməsi ilə məşğuldurlar.

Aston Martin

Aston Martin-in Heydondakı baş qərargahı XXI əsrin qəsrinə bənzəyir – kiçik pəncərələr, enli divarlar və perimetr üzrə su kanalları. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu bina Aston Martin-ə verilən dəyərləri özündə birləşdirir – keyfiyyət, vizual sadəlik və estetika. Onlarla razılaşmamaq çox çətindir – baş qərargah çox gözəl görünür.

Mercedes-Benz

Daimler-in binası barədə də danışmaq yerinə düşərdi. Lakin Ştutqartdakı Mercedes-in baş qərargahını sıxışdırmayacağıq – axı, memarlıq cəhətdən o daha gözəldir. Bir çox əksər hallarda olduğu kimi, bina zavoda və muzeyə yaxın məsafədə yerləşir. Həmçinin yaxınlıqda Qotlib Daymler adına stadion da var.

General Motors

Detroytdəki bədbin əhval-ruhiyyəyə baxmayaraq, GM-in baş qərargahı əvvəl də olduğunu kimi, indi də Renaissance Center-də yerləşir. Modern üslubda tikilmiş möhtəşəm bina 1977-ci ilə aiddir və elə o vaxtdan GM bu binanı tərk etmir. Həmin dövr üçün bu bina ştatdakı ən hündür tikili idi. Damda Coach Insignia restoranı var.

BMW

Demək olar ki, bu, dünyada ən məşhur baş qərargahdır – 1973-cü ildə açılışı olan 22 mərtəbəli mərkəz - BMW-Vierzylinder. Hündürlüyü 101 metr olan bu bina bu gün də Münxendə ən hündür tikililərdən biridir. Burada mindən çox əməkdaş çalışır. Effektli görünüşü sayəsində, bu bina bir neçə filmdə görünür.

Pagani

İndi Pagani Automobili yeni zavoda köçüb (müvafiq olaraq, yeni baş qərargahı da var), lakin biz hər şeyin haradan başladığını unutmuruq – kolluqlar arasında olan kiçik binadan. Holda Qoratsio Paqaninin nailiyyətlərinin əks olunduğu muzey, o cümlədən rahat mağaza var. Ümid edirik ki, Pagani-nin yeni məskənində qədim ənənə qorunub saxlanılıb. Bu ənənə ondan ibarətdir ki, buraya rəsmi olaraq qonaq gələn şəxsin ölkəsinin bayrağını görmək olar.

Bugatti

Heç düşünmüsünüzmü ki, tez-tez Bugatti modellərinin fotolarının fonundakı bu bina nədir? Cavab yuxarı hissədə var – bu, fransız şirkətinin baş qərargahıdır. Buraya kənar şəxslərin girişi qəti qadağandır. Hətta baş qərargah üçün seçilən ünvan (1856 Château Saint Jean) da çox rahat anlaşılır – bu bina uzun müddət Ettore Buqattinin qonaq evi olub.

AUTO.AZ



24.04.2017

Şərhlər


AD