Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS


Bakı-Şamaxı-Bakı  “quattro” yürüşü

Audi Bakı Mərkəzinin təşkilatçılığı ilə aprelin 15-16-da Azərbaycanda ilk dəfə olaraq "quattro" avtomobil yürüşü baş tutdu. Tədbirin təşkilatçıları Audi sevərləri bir araya gətirərək yürüş üçün Azərbaycanın ən gözəl bölgələrindən biri olan Şamaxını seçmişdir (Shamakhi Palace Sharadil). Yürüşdə 30-dan çox sürücü öz Audi avtomobilləri ilə iştirak etmişdir.

Tədbirə Audi sevərlərlə yanaşı tanınmış media nümayəndələri də dəvət olunmuşdur. Yürüş başa çatdıqdan sonra qonaqlar üçün otel ərazisində paintball, atıcılıq, atçılıq və s. kimi əyləncə vasitələri təşkil olunmuşdur. Yürüşün əsas məqsədi Audi sevərləri bir araya yığmaq, 2 ədəd bazarda yeni model olan A5 sportback (2.0 TFSİ) quattro və Q5 (2.0 TFSİ) quattro modellərinin təqdimatını və test-drive-nı həyata keçirmək idi.



Test-drive üçün məhz Ağsu yolunun seçilməsində məqsəd enişli-yoxuşlu və sərt döngəli yollarda yeni “quattro ultra”tam çəkim sisteminin dəqiq və cəld reaksiyasını müşahidə etmək olmuşdur. Qeyd edək ki, bu sistem tam yol səthində dəyişikliyi hiss edən kimi 0.2 saniyəyə birləşmə haqda qərar verir, daha 0.2 saniyəyə sistem qoşulur. A5, Q5 modellərindən fərqli olaraq Q7 modelində quattro ultra deyil, 2.0 TFSİ mühərrikinin bu nəhəng krossover üçün tam yetərli olmasını göstərmək idi.

Yeni A5 sportback quattro 0-100 sürətini 6 san, Q5 isə 6.3 san-yə yığır. Bunlardan heç də geri qalmayan Q7 modeli,  təqdim olunmuş mühərriklə 0-100 km/s sürətini 6.9 saniyəyə toplayır. Test-drive-da qonaqlardan başqa sürücülük vəsiqəsi olan və test-drive etmək istəyən hər kəsə bu imkan yaradılmışdır.

Tədbirin qonaqlar və media nümayəndələri tərəfindən çox sevildiyini nəzərə alaraq, Audi Bakı Mərkəzi bu yürüşün hər il təkrarlanacağı xəbərini verib.

 



teqlər:
Audi 21.04.2017

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat