Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Çinlilər yeni sedan istehsal edəcəklər

Çinin Geely şirkətinə məxsus olan yeni Lynk & Co. markası 03 indeksi altında yeni konseptual sedan təqdim edib. Müasir Volvo mühərrikləri əsasında yığılan avtomobil Şanxayde keçiriləcək motorşouda debüt edəcək.

Sedanın xarici görünüşü Geely-nin baş stilisti Piter Horberi tərəfindən hazırlanıb. O, bir neçə il əvvəl Volvo-nun şef dizayneri olub. Yenilik Geely ilə Volvo-nun birgə səyləri nəticəsində hazırlanmış CMA modul platformasında yığılıb. Gələcəkdə bu şassi kompakt krossover XC40, hetçbek V40, həmçinin 40-cı seriyanın digər avtomobillərində, o cümlədən sedan və universalda peyda olacaq.

Lynk & Co.-nun seriyalı variantı 1,5-litrlik turbolaşdırılmış, 180 a.g.-ə malik mühərriklə və 7-pilləli robotlaşdırılmış sürət qutusu ilə təchiz ediləcək. Bundan əlavə, model hibrid güc qurğusu da almalıdır. O, 3-silindrli, 240-güclü 2,0-litrlik mühərrik olacaq.

Lynk & Co şirkəti avtomobillərini onlayn satmağı planlaşdırır. Komplektasiya isə bir cür olacaq.

AUTO.AZ



teqlər:
Lynk & Co, Lynk & Co 03, Geely 21.04.2017

Şərhlər


AD