Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz-dən kompakt sedan

Mercedes-Benz Şanxay avtosalonuna yeni kompakt model gətirib. Prototip Concept A adlanır və yeni nəsil A-Class-dan xəbər verir. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Avtomobil seriyalı olduqdan sonra dünya bazarında Audi A3 ilə rəqabət aparacaq.

Sedan A-Class-ın seriyalı versiyası 2018-ci ilin sonlarında buraxılacaq. Sedanın mühərrik qammasına 4-silindrli benzin və dizel turbo mühərrikləri daxildir. Müştərilərə, həmçinin hibrid modifikasiyalı A-Class təklif ediləcək.

Avtomobil bir qədər sonra AMG versiyası alacaq. O, 2019-cu ildə təqdim ediləcək. Yeniliyin əsas rəqibləri Audi RS3 və BMW M2 olacaq. A45 ölçülərinə görə indiki nəsil model üstələyəcək. Avtomobilin çəkisini yüngülləşdirmək üçün bir çox detallar alüminiumdan hazırlanıb.

A45-in kapotu altında 2,0-litrlik benzin mühərrik dayanır. O, 400 a.g.-ə malikdir. Aqreqat 9-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Qeyri-rəsmi məlumata görə, yenilik 100 km/saata 4 saniyədən də tez sürətlənir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class 21.04.2017

Şərhlər


AD