Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Velar: ilk tüninq

Almaniyanın Lumma Design atelyesi yeni yolsuzluq avtomobili Range Rover Velar üçün ilk təkmilləşdirmə proqramını təqdim edib. Hələlik şirkət yalnız banın dizaynını hazırlayıb. Onun elementlərinin əksəriyyəti karbondan hazırlanacaq.

Layihənin CLR GT Limited Edition adlanır və alman atelyesinin 30 illik yubileyi münasibətilə hazırlanıb. Aerodinamik banın fərqləndirici xüsusiyyətlərinə enli təkər arkaları, ventilyasiya kəsikləri olan yeni kapot, arxa spoyler, o cümlədən karbondan hazırlanmış ətəklər, radiator barmaqlığı, hava çıxıntısı üçün qabaq elementlər və arxa diffuzor daxildir.

Range Rover Velar cari ilin mart ayında Cenevrədə debüt etmişdi. Model Jaguar F-Pace-in hazırlandığı platforma üzərində yığılıb. Velar Britaniya avtomobil istehsalçısının model sırasında Evoque və Sport arasında qərarlaşacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Velar, Lumma Design 16.04.2017

Şərhlər


AD