Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln-dan yeni Navigator

Lincoln şirkəti yolsuzluq avtomobili Navigator-un yeni nəslini təqdim edib. Xarici görünüş cəhətdən demək olar ki, tamamilə konsept-karı təkrarlayan modelin dünya debütü Nyu-York motorşousunda keçiriləcək.

Yeni Navigator Ford F-150-nin şassisində, polad çərçivə ilə yığılıb. O, alüminium ban alıb ki, bu da avtomobili 91 kiloqram yüngül edib. Avtomobil, həmçinin standart modifikasiya və uzadılmış təkər bazası alıb. Sonuncuda avtomobilin qabarit uzunluğu 5,6 metrə çatır.

Böyük yolsuzluq avtomobili 3,5-litrlik biturbo altılıq EcoBoost-la hərəkətə gəlir. Onun gücü 385 a.g.-dən 456 a.g.-ədək artırılıb. Aqreqat 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Şirkət hələlik avtomobilin dinamik xarakteristikası və yanacaq sərfiyyatı barədə məlumat vermir.

Navigator-un salonunda 12-düymlük ekranı olan rəqəmsal cihazlar paneli, Apple CarPlay və Android Auto-nu dəstəkləyən böyük ekranlı multimedia sistemi SYNC 3 və proyeksiyalı displey alıb.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Navigator 15.04.2017

Şərhlər


AD