Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Lexus LS daha idmansayağı oldu

Lexus şirkəti yeni nəsil LS modelinin yeni variantını - LS 500 F Sport təqdim edib. Flaqman sedanının eksteryerini, salonunu dəyişiblər və təchizat siyahısını genişləndiriblər.

F Sport versiyasının xarici görünüşünün xüsusiyyətlərinə yeni radiator barmaqlığı (Lexus-dan bildiriblər ki, onun hazırlanmasına 5 ay vaxt sərf edilib), qabaq bamperdə xüsusi hava çıxıntıları, yeni yan ətəklər, o cümlədən 20-düymlük təkər arkaları və aqressiv arxa bamper daxildir.

LS F Sport-un salonunda oturacaqların üzləri dəyişilib, alüminium əlavələr peyda olub, pedalların üzərinə dəmir çəkilib, o cümlədən idman sükanı və superkar LFA-in manevrlərini təkrarlayan bilən cihazlar paneli quraşdırılıb. RC F Sport-da da belədir.

F Sport modifikasiyasının mühərrikinin təkmilləşdirilməsi nəzərdə tutulmur. LS 500-də 415-güclü biturbo V6 quraşdırılıb və o, 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Arxa ötürücülü sedan yerindən 96 km/saata 4,5 saniyəyə sürətlənir.

F Sport versiyasında hibrid LS də sifariş etmək olar. O, 354-güclü iki elektrik motoru, V6 mühərriki, 4-pilləli avtomat sürət qutusu və variatorla təchiz edilir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LS 14.04.2017

Şərhlər


AD