Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin Vanquish S xüsusi versiya alıb

Aston Martin şirkəti Vanquish S-in xüsusi modifikasiyasını təqdim edib. Bu versiya markanın Kembricdəki diler mərkəzində sifariş edilib. Bu avtomobildən cəmi 10 ədəd olacaq.

Sportkar üçün xüsusi qırmızı rəng hazırlanıb ki, bu, pilotaj qrupunun təyyarəsinin rənginə bənzəyir. Dam karbondan hazırlanıb və üzərində elektrik cərəyanının təsviri çəkilib – bu şəkillər elə təyyarənin fənərlərinin üzərində də var. Bundan əlavə, yeniliyi qabaq splitteri, ban üzərində olan ağ və göy rəngli aksentlərlə seçmək olar.

İnteryer yaşıl-qara rəngdə hazırlanıb. Bu, pilotların kombinezonlarını xatırladır. Qabaq oturacaqların arxasında isə iki yürüş şlemi üçün yer düzəldilib. Salonda, həmçinin avtomobilin fərdi nömrəsi üçün yer quraşdırılıb. Burada hər pilot öz nömrəsini yazacaq.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vanquish 13.04.2017

Şərhlər


AD