Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti-dən böyük krossover

Infiniti şirkəti QX80 Monograph adlı konseptinin ilk şəkillərini dərc edib. Yenilik Nyu-York avtosalonunda debüt edəcək. Böyük krossover gələcəkdə seriyalı versiya alacaq.

Şirkətin prezidenti Roland Kryuqer deyib: QX80 Monograph bizim möhtəşəmlik və üslub konsepsiyamızı nümayiş etdirir və bizim gələcəkdə Infiniti-nin yolsuzluq avtomobilləri seqmentini necə yaxşılaşdıracağımızı göstərir.

Konsept brendin Atsuqidəki (Yaponiya) dizayn bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb. Prototip əvvəlki nəsildən yeni radiator barmaqlığı, fərqli kapot və diodlu optika ilə seçilir.

Yeniliyin texniki xüsusiyyətləri hələlik sirr olaraq saxlanılır.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti QX80 12.04.2017

Şərhlər


AD