Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo yeni XC60 təqdim edib

Cenevrə avtosalonunda ikinci nəsil krossover Volvo XC60 debüt edib. Bu model şirkət üçün çox əhəmiyyətlidir. Məhz bu model Avropada daha çox satılır. Buna görə də dizaynerlər dəyişikliklərə çox ehtiyatla yanaşıblar.

Yeni XC60-ın ümumi üslubu flaqman krossoveri XC90 ilə uyğundur. Krossover diodlu hərəkət işıqları olan faralar, pəncərələrin aşağısından banın arxa hissəsinədək qalxan xətlər, baqaj hissənin qapısınadək davam edən vertikal fənərlər, qısa çıxıntılar alıb.

İnteryer də XC90-a bənzəyir. Qabaq panelin mərkəzində informasiya-əyləncə sistemi üçün böyük ekran var. O, Apple CarPlay və Android Auto-nu dəstəkləyir.

Volvo XC60 254 və 320 a.g. olan benzin, habelə 190 və 235 a.g. verən iki turbodizel mühərrik alıb. Top versiya 407 a.g. verən T8 Twin Engine hibrid güc qurğusu ilə təchiz edilib. O, 0-dan 100 km/saata 5,3 saniyəyə sıçrayışı təmin edir.

Yeni XC60 aprel ayının ortalarından istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC60 05.04.2017

Şərhlər


AD