Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kanadada 2 hektarlıq köhnə avtomobil ərazisi satılır

Kanadada 2 hektarlıq ərazi satışa çıxarılıb. Bu ərazi köhnə avtomobillərin qəbiristanlığı kimi istifadə olunur. Bu daşınmaz əmlakı alan şəxs, həmçinin 340 avtomobilə sahib olacaq. Elan daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Century 21-in saytında yerləşdirilib.

Satışa çıxarılan ərazidə yaşayış evi, 83 kvadratmetrlik qaraj, 111 metrlik anqar, o cümlədən 743 kvadratmetrlik daha bir infrastruktur tikmək üçün lazım olacaq materiallar var. Elanda, həmçinin bildirilir ki, ərazidəki avtomobillərin qiyməti 370-dən 26 min dollaradəkdir.

Bu ərazinin qiyməti 1 milyon 450 min Kanada dollarıdır. Bu, təxminən 1 milyon ABŞ dolları deməkdir.

AUTO.AZ



04.04.2017

Şərhlər


AD