Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus kabrioletin yeni versiyasını təqdim edib

Almaniyanın tüninq atelyesi ağ, qara və qırmızı rənglərdən istifadə etməklə flaqman kabrioletinin bazasında yeni cazibədar layihə hazırlayıb. Brabus yenə də donor qismində kabrioletin güclü modifikasiyasından istifadə edib. Lakin qara rəngli banı olan əvvəlki variantdan fərqli olaraq, yenilik üçün baza kimi ağ rəngdən istifadə edilib.

Atelyenin mütəxəssisləri Mercedes-AMG S 63-ün ban asmasında bir sıra karbon elementlər quraşdırıblar: baqaj qapağında spoyler, yan ətəklər, qaz buraxma sisteminin daha böyük boruları ilə arxa diffuzor. Əsas ştrix radiator barmaqlığı və eksklüziv Brabus təkərləri oldu.

Möhtəşəm kabrioletin interyeri də diqqətdən kənar qalmayıb. Onun bəzədilməsində tünd qırmızı dəridən istifadə edilib, o cümlədən salonda atelyenin loqotipləri də var. Bu dəri demək olar ki, salonun bütün hissələrini örtür.

Banında üzərində 850 rəqəmi olan lövhəni gördükdə anlamaq olur ki, 5,5-litrlik V8 mühərrikinin üzərində ciddi iş aparılıb. Təkmilləşdirmə prosesi zamanı mühərrikin həcmi 5,9 litrədək artırılıb, bir sıra standart detallar dəyişdirilib, 850 a.g.-ə və 1450 Nm-ə qədər gücləndirilib. Bu cür konfiqurasiyalı kabriolet yüzlüyü 3,5 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD