Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover-dən yeni krossover

Land Rover şirkəti tamamilə yeni model təqdim edib – orta ölçülü krossover Range Rover Velar. O, bu il Cenevrə avtosalonunda təqdim edilib. Velar istehsalçının model sırasında Evoque və RR Sport arasında qərarlaşıb.

Bu dəfə britaniyalılar konseptsiz keçiniblər və birbaşa seriyalı avtomobil istehsal etdilər. Onlar avtomobilin görünüşünü demək olar ki, təqdimata qədər gizli saxlaya bildilər. Ada gəldikdə, Velar hələ 1968-ci ildə markanın ilk prototiplərində istifadə edilib.

2017-2018-ci model ilinə məxsus Range Rover Velar çox effektiv görünür, kəskin əyilmiş qabaq və arxa şüşələrlə, aşağı damla, qara dayaqlarla, vertikal qabaq hissə və böyük təkərlərlə seçilir.

Range Rover Velar-ın baza mühərriki İngenium ailəsinə məxsus 2,0-litrlik dizel mühərrikidir. O, 180 a.g. (430 Nm) və 240 a.g. (500 Nm), benzin variantında isə eyni litrlə 250 a.g. (365 Nm) versiyalarında gücə malikdir. Bir qədər sonra isə 300 a.g. və 400 Nm fırlanma anı da əlyetərli olacaq.

Üç litrlik turbodizel V6 da 300 a.g.-ə malikdir. Lakin o, 700 Nm verir. Ən güclü versiya isə hələlik 3,0-litrlik benzin altılıqdır – o, 380 a.g. və 450 Nm verir. Velar ilk yüzlüyə bu cür mühərriklə 5,7 saniyəyə sürətlənir. Maksimal sürət isə 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Velar 28.03.2017

Şərhlər


AD