Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche-dan təkmilləşdirilmiş 911 GT3

Cenevrə 2017 avtosalonu 991.2 banında 2018-ci il model təkmilləşdirilmiş kupe Porsche 911 GT3-nin təqdimat məkanı oldu. Gözlənildiyi kimi, restaylinqdən sonra sportkar daha güclü və cəld alınıb. Həmçinin mexaniki sürət qutusu ilə təchiz edilib.

Porsche 911 GT3 dəyişilmiş bamperlər, ətraflarda yeni işıq texnikası, salonda isə fərqli sükan, təkmilləşdirilmiş oturacaqlar alıb. Yenilik 6-silindrli, 500 a.g. və 460 Nm fırlanma anına malik 4,0-litrlik mühərrik alıb. Mühərrik 911 R modeli üçün hazırlanmış 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışır.

Porsche 911 GT3 yerindən 100 km/saata 3,4 saniyə vaxt sərf edir, mexaniki sürət qutusu ilə 3,9 saniyə. Maksimal sürət 320 km/saatdır.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911, 911 GT3 19.03.2017

Şərhlər


AD