Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən yeni konsept

Audi Cenevrə avtosalonunda krossover Audi Q8 Sport-un konseptini təqdim edib. Yenilik şirkətin yanvar ayında göstərdiyi sadə Q8-dən fərqi radiator barmaqlığında, qara parlaq detallarda və 12 mm enliləşdirilmiş təkər arkalarındadır.

Krossover elektrik turbini olan 3-litrlik TFSI hibrid güc qurğusu, starter-generator, 0,9 kilovat saatlıq həcmi olan tökmə-ionlu batareya və əyləc zamanı rekuperasiya sistemi ilə təchiz edilib. Qurğu 476 a.g.-ə malikdir.

Krossover 100 km/saata 4,7 saniyəyə sürətlənir. Maksimal sürət 275 km/saatdır. Audi-dən bildiriblər ki, Q8 Sport uzaq yollar üçün əla krossoverdir. Belə ki, o, yanacaqla tam dolu çən ilə 1200 km məsafə qət edə bilər.

Çox güman ki, Audi Q8 Sport-un seriyalı versiyası 2019-cu ildə bazara çıxacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi Q8 18.03.2017

Şərhlər


AD