Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Cenevrəyə C650 Cabrio gətirib

Brabus atelyesi Mercedes-AMG C63 S Cabriolet-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Cenevrə 2017 avtosalonunda təqdim edilən modifikasiya daha güclüdür və karbon asma alıb. Yeni kabriolet 4,0-litrlik tvin-turbo V8 mühərriki ilə hərəkət edir. Brabus mütəxəssisləri onun məhsuldarlığını 510 a.g. və 700 Nm-dən 650 a.g. və 820 Nm-dək artırıblar.

Bu nəticələr yeni turbinlərin quraşdırılması və elektronikanın tənzimləmələrinin optimallaşdırılması sayəsində əldə edılib. Yerindən 100 km/saata sürətlənmək üçün Brabus C 650 Cabrio-ya 3,7 saniyə vaxt lazımdır, onun maksimal sürəti isə 321 km/saatdır. Atelyedə kabrioletə, həmçinin yeni qabaq bamperdən, yan ətəklərdən, arxa diffuzordan ibarət karbon bodi-kit quraşdırılıb. Avtomobil 20-düymlük döymə disklər alıb.

Təkmilləşdirilmiş C63 S Cabriolet-in interyeri də dəyişdirilib. Avtomobilin salonu göy və qırmızı əlavələri olan qara dəri ilə işlənib. Oturacaqların yuxarı hissəsində atelyenin loqotipi var.

AUTO.AZ



Şərhlər


AD