Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pininfarina-dan elektrik sedan

Pininfarina atelyesi Honkonq şirkəti Hybrid Kinetic Group-un sifarişinə əsasən konseptual elektrik sedan H600 üçün dizayn hazırlayıb. O, Cenevrə 2017 avtosalonunda təqdim edildi. H600 taybatay açılan arxa qapılar alıb, buna baxmayaraq, konseptin mərkəzi dayağı yoxdur.

Möhtəşəm dördqapılının interyeri dəridən və ağacdan işlənilib. Salonda tam rəqəmsal cihazlar paneli, birinci və ikinci oturacaqlar üçün displeyi olan müasir multimedia sistemi quraşdırılıb.

Konseptual sedanın uzunluğu 5200 mm, eni 2000 mm, hündürlüyü isə 1494 mm-dir. Sedanın çəkisi 1870 kq-dır, oxlar arasında çəki bölgüsünün nisbəti qabaq oxun xeyrinə 52:48-dir.

H600-ün güc qurğusu barədə məlumat verilmir. Lakin məlumdur ki, avtomobil ümumi gücü 800 a.g. olan minimum iki elektrik mühərriki ilə təchiz edilib. Beləliklə, sedan yerindən ilk yüzlüyə 2,9 saniyəyə sürətlənir.

AUTO.AZ



teqlər:
Pininfarina, Pininfarina H600 16.03.2017

Şərhlər


AD