Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus Cenevrəyə hibrid sedanla gəldi

Cenevrə 2017 avtosalonunda yaponiyalılar hibrid flaqman sedan Lexus LS 500h təqdim ediblər. O, həm xarici, həm də daxili görünüşü ilə Detroytda təqdim edilmiş benzin modifikasiyalı LS 500-dən fərqlənmir.

Yeni Lexus LS 500h böyük radiator barmaqlığı, qabaq bamperdə hava çıxıntıları və diodlu optika alıb. Batareya bloku əvvəllər LS 600h-a nisbətən 20 faiz daha yığcam alınıb. Buna baxmayaraq, daha tutumludur.

Elektrik mühərrikləri dartma gücünü təkərlərə variator vasitəsilə ötürürlər, daxili yanma mühərriki isə anı arxa təkərlərə, necə deyərlər, 4-pilləli ötürmə qurğusu vasitəsilə verir. Bütün bunlar hərəkətdə yumşaqlığı və nəzərə çarpmayan ötürmələri təmin edir.

Ümumi gücü 354 a.g. olan yeni Lexus LS 500h yerindən ilk yüzlüyə 5,4 saniyəyə sürətlənir. Yalnız elektrik rejimdə o, 130 km/saatadək sürətlənə bilər. Lexus LS 500h 2017-ci ilin sonlarında Avropa bazarlarına çıxarılacaq, qiyməti isə hələlik məlum deyil.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LS 15.03.2017

Şərhlər


AD