Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes 550 Adventure

Almaniyanın Brabus atelyesinin tünerləri yolsuzluq avtomobili Mercedes-Benz G500 4×4²-ni öz variantlarında təqdim ediblər. 550 Adventure adlanan modifikasiya Cenevrə 2017 avtosalonunda təqdim edilib.

Brabus mütəxəssisləri 4,0-litrlik tvin-turbo V8 mühərrikini 416 a.g. və 610 Nm-dən 542 a.g. və 800 Nm-ədək gücləndiriblər. Nəticədə 3 ton çəkisi olan yolsuzluq avtomobili yerindən ilk yüzlüyə 6,7 saniyəyə sürətlənir, maksimal 209 km/saat sürət yığır.

Atelyedən, həmçinin bildiriblər ki, yolsuzluq avtomobili tənzimlənən asma, alt hissənin qoruyucusu, əlavə işıq elementləri və s. alıb. Bu proqramın qiyməti barədə məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD