Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Koenigsegg-dən eksklüziv Agera

İsveçin superkar istehsalçısı olan Koenigsegg Cenevrədəki avtosalona superkar Agera-nın eksklüziv variantını gətirib. O, Agera RS Gryphon adı alıb. Qanadları olan şir bədənli əfsanəvi varlığın şərəfinə adlandırılan superkar Agera RS-in bazasında yığılıb.

Mühərrikin gücü 1360 a.g.-dək artırılıb. Bu, avtomobilin çəkisi ilə demək olar ki, uyğunluq yaradıb (1:1). Belə ki, avtomobilin çəkisi cəmi 1395 kq-dır. Banın karbon plastikdən olan rənglənməmiş panelləri 24 karatlıq qızıl ilə örtülən elementlərlə təzad təşkil edir. Bununla mühərrikin qapağı, kapotun dayağı, o cümlədən dəstə daxil olan yürüş şlemi işlənilib.

Superkarın interyeri alkantara, qara alüminium və karbonla işlənilib. Təbii ki, burada da qızılı aksentlər var. Koenigsegg Agera RS Gryphon ekzotik avtomobillərin məşhur kolleksiyaçısı Menni Xoşbin üçün hazırlanıb.

AUTO.AZ



teqlər:
Koenigesgg, Koenigesgg Agera 14.03.2017

Şərhlər


AD