Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley möhtəşəm Bentayga təqdim edəcək

Yolsuzluq avtomobili Bentley Bentayga möhtəşəm versiya – Mulliner alıb. O, 2017-ci il Cenevrə avtosalonunda nümayiş olunacaq. Bentley Bentayga Mulliner xarici görünüşündə iki eksklüziv ban rəngi, xrom radiator barmaqlığı və xüsusi versiyaların adları olan lövhəciklərlə seçilir. Model xüsusi dizaynı olan 22-düymlük yüngül lehimli təkərlər alıb.

Standart Bentayga-dan daha çox fərq interyerdədir. Britaniyalılar qabaq oturacaqları bir rəngli, arxa oturacaqları isə başqa rəngli dəri ilə üzləyiblər. Ümumilikdə, interyerin bəzədilməsi üçün 7 variant nəzərdə tutulub.

Texniki hissəyə gəldikdə, Bentayga Mulliner 608 a.g. və 900 Nm fırlanma anı olan standart 6,0-litrlik W12 ilə hərəkət edir. Bu mühərriklə yolsuzluq avtomobili 4,1 saniyəyə ilk yüzlüyə sürətlənir, maksimal sürət isə 301 km/saatdır.

Bentayga üçün Mullinet modifikasiyası məhdud sayda buraxılacaq, dəqiq rəqəm isə məlum deyil. Sifarişlər 2017-ci ilin yazından qəbul ediləcək. Britaniyalılar qiyməti hələ ki, açıqlamırlar.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Bentayga 12.03.2017

Şərhlər


AD