Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alpina B3 və B4-ü daha da gücləndirib

Alpina şirkəti Cenevrə avtosalonuna B3 Bi Turbo və B4 Bi-Turbo modellərinin xüsusi versiyalarını gətirəcək. Onların hər ikisinin adlarına S əlavə olunub. Alpina-nın mühəndisləri turbo yükləyicini təkmilləşdirib, firmanın mühərrikin idarə olunmasını təmin edən proqram təminatı dəyişiblər.

Nəticədə hər iki versiyanın gücü 410-dan 440 a.g.-dək artıb, maksimal fırlanma anı isə 600-dən 660 Nm-ə çatıb. Sonda B3 S-in sedanı və universalı 100 km/saata 4,3 saniyəyə, B4 S-in kupe və kabrioleti arxa ötürücülü versiyada 4,2 saniyəyə, tam ötürücülü versiyada isə 3,9 saniyəyə sürətlənir. Maksimal sürət müvafiq olaraq 306 və 304 km/saatdır.

Bu modellərdən əlavə, Alpina Cenevrədə sedan və universal B5-in daha yeni nəslini təqdim edəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, Alpina 11.03.2017

Şərhlər


AD