Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz E-class damdan məhrum olub

Mercedes-Benz şirkəti yeni kabriolet E-Class təqdim edib. Avtomobil martın 7-də Cenevrə avtosalonunda debüt edəcək. Yenilik diodlu optika və yumşaq yığılan dam alıb.

E-Class kabriolet MRA platformasında yığılıb. Bu, avtomobilin çəkisini yüngülləşdirib. Avtomobilin ölçüləri sələfinə nisbətən bir qədər artıb. Onun uzunluğu 4826 mm, eni 1860 mm-dir. Təkər bazasının ölçüsü 113 mm artaraq 2873 mm-ə çatıb. Baqaj 385 litr həcmə malikdir. Dam yığıldıqda isə bu göstərici 310 litrədək azalır.

Kabriolet 50 km/saat sürətlə hərəkət edərkən onun damı 20 saniyəyə açılıb-yığıla bilir. Yeniliyi AirCap və AirScarf sistemləri ilə təchiz ediblər. Kabriolet mühərrik qammasını E-Class kupedən mənimsəyib. Buraya 2,0-litrlik benzin mühərrik daxil edilib. O, 184 a.g.-ə malikdir. Bundan əlavə, 245 a.g. olan 2,0-litrlik mühərrik də var.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class 07.03.2017

Şərhlər


AD