Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche Panamera universala çevrilib

Porsche şirkəti universal banında olan Panamera-nın sirrini açıb. Sport Turismo adlanan avtomobilin rəsmi təqdimatı martın 7-də Cenevrə avtosalonunda keçiriləcək. Yenilik 5 versiyada təklif ediləcək: Panamera 4 (330 a.g.), Panamera 4S (440 a.g.), Panamera 4S Diesel (422 a.g.), Panamera 4 E-Hybrid (ümumi gücü 462 a.g.) və Panamera Turbo (550 a.g.).

Sport Turismo liftbek Panamera-nın bazasında yığılıb və 2012-ci ildə təqdim edilən eyniadlı konseptin dizaynı üslubundadır. Avtomobilin uzunluğu 5049 mm, hündürlüyü 1428 mm, eni 1937 mm-dir. Təkər bazası 2950 mm təşkil edir. 4+1 formullu universal uzun və yastı dam, həmçinin daha ifadəli dayaqlar alıb. Liftbeklə müqayisədə onun baqajı 20 litr daha çox həcmə malikdir.

Universal hərəkətdən asılı və avtomobilin tənzimləmələrinə uyğun olaraq çıxarılabilən spoyler alıb. Bu, arxa oxa əlavə 50 kq sıxma gücü verir.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera 06.03.2017

Şərhlər


AD