Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot-dan yeni konsept

Peugeot şirkəti Barselonada yeni konsept Instinct təqdim edib. O, hibrid güc qurğusu, bir-birinə əks istiqamətdə açılan qapılar və tam avtomat idarəetmə funksiyası alıb.

Yeni Peugeot Instinct-in radiator barmaqlığına və ya təkər disklərinə baxdıqda hər şey məlum olur: avtomobil 300-güclü hibrid güc qurğusu alıb. Banın tipini fransızlar Shooting Brake kimi xarakterizə ediblər - get-gedə alçalan dama malik universal.

Bu cür damı daha çox Mersedec istehsal edir. Konseptin fənərləri təkcə effektli deyil, həm də praktikdir. Fənərlərdə yola nəzarət edən kameralar da quraşdırılıb.

Instinct üçün yola nəzarət etmək çox vacibdir. Çünki o özündə pilotsuz prototipi təcəssüm etdirir. Autonomous rejimi seçildiyi anda sükan və pedallar yığılır və sürücü üçün daha geniş yer alınır. Drive rejiminə qayıtdıqda isə bu idarəetmə orqanları yerinə qayıdır.

Məsələn, smart-saatlardan gələn məlumat kifayət edir ki, avtomobil sürücünün yorulduğunu anlasın. Avtomobil, həmçinin vaxt itkisinin qarşısını almaq üçün tıxacları da müəyyən edə bilir.

Başqa sözlə, konsept həqiqətən instinktlərlə idarə olunur.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot Instinct 04.03.2017

Şərhlər


AD