Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fostla-dan Mercedes S63 AMG Coupe

Almaniyanın Fostla atelyesinin mütəxəssisləri belə qərara gəldilər ki, Mercedes-AMG S63 Coupe-nin məhsuldarlığı kifayət qədər deyil və ikiqapılı üçün öz variantlarını təklif ediblər. PP-Performance-ın çip tüninqinin köməyi ilə tünerlər 5,5-litrlik biturbo səkkizliyin gücünü 585 a.g. və 900 Nm-dən 740 a.g. və 1200 Nm fırlanma anına qədər artırıblar.

Beləliklə, kupe AMG S63 məhsuldarlığının artımından sonra Lamborghini Aventador S ilə müqayisə edilir. Avtomobil ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir. Maksimal sürətin nə qədər olduğu barədə məlumat yoxdur.

Fostlanın hazırladığı ikiqapılının xarici görünüşü tutqun-mavi rəngli vinil ilə seçmək olar ki, o, tündləşdirilmiş arxa fənərlərlə və qabaqda 265/30, arxada isə 305/25 ölçülü şinləri olan 22-düymlük xüsusi təkər diskləri ilə əla uyğunlaşıb. Tünerlər bu proqramı 26540 dollara təklif edirlər.

AUTO.AZ



Şərhlər


AD