Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan 850-güclü kabriolet

Məşhur atelye avtosalonda möhtəşəm kabriolet Mercedes-AMG S 63 üçün yeni tüninq-proqram təqdim edəcək. Təkmilləşdirilmiş modelin adı Brabus 850 6.0 Biturbo Cabrio-dur.

Adından da göründüyü kimi, donor qismində 6-litrlik V12 mühərrikə malik flaqman versiyası S65-dən istifadə edilib. Əslində, atelyenin mütəxəssisləri 5,5-litrlik V8-i 5,9-litrə qədər artırıblar.

Bundan əlavə, Brabusda döymə kolenval, porşnlər və şatunlar quraşdırılıb. Baza turbo kompressorları yeniləri ilə əvəz ediblər. Həmçinin böyük ölçülü yeni karbon hava çıxıntıları, qızılı folqaya bükülmüş borular və s. quraşdırılıb. Qazburaxma sistemi də tamamilə yenilənib.

Görülmüş işlərin nəticəsində avtomobil daha da güclənib – 850 a.g.-ə və 1450 Nm-də. Bu rəqəmləri 7-pilləli avtomat sürət qutusu və tam ötürücü sistem sayəsində əldə etmək olub. Təkmilləşdirilmiş mühərrik ilk yüzlüyə 3,5 saniyəyə sürətlənir və maksimal sürət 350 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD