Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover yeni krossover istehsal edəcək

Range Rover ailəsinin dördüncü nümayəndəsi orta ölçülü krossover Velar olacaq. O, Cenevrə avtosalonu-2017-də təqdim ediləcək. Britaniya avtomobil istehsalçısının model sırasında o, Range Rover Evoque və Range Rover Sport modelləri arasında qərarlaşacaq.

Çox güman ki, yeni modelin qiymətin təqribən 50 min dollar olacaq. Bu, o deməkdir ki, model bazarda Audi A5, BMW X3 və Mercedes GLC ilə rəqabət aparacaq.

Nəşr edilmiş tizerdən görünür ki, yeni Range Rover Velar böyük şüşə dam və üfüqi arxa fənərlər alıb. Salonda multimedia sistemi üçün enli ekran da var. 2017-2018-ci il Range Rover Velar-ı alüminiumdan olan IQ platformasında yığılıb.

Bu platforma Jaguar F-Pace-in də əsasını təşkil edir. Yeniliklərin mühərrik sırasına 4- və 6-silindrli mühərriklər daxil ediləcək. Bunlar Evoque və RR Sport modellərində də var. Ən güclü modifikasiya isə V8 alacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Velar 28.02.2017

Şərhlər


AD