Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Gemballa atelyesi Porsche 911-i təkmilləşdirib

Gembala atelyesi Porsche 911 üçün (restaylinq olunan 991 modeli) təkmilləşdirmə proqramı - Avalanche barədə elan verib. O, mart ayında Cenevrədə keçiriləcək motorşouda təqdim ediləcək. təkmilləşdirmə siyahısına sportkarın gücünün 820 a.g.-dək artırılmasıdır.

Tünerlər 3,8-litrlik altılıq kupenin gücünü 280 a.g. artırıblar, fırlanma anı isə 950  Nm-ə (əlavə 290 Nm) çatdırılıb. Dinamik xarakteristika barədə məlumat verilmir. Opsional Sport Chrono paketi olan standart 911 Turbo 100 km/saatı 3 saniyəyə yığır, maksimal sürət isə 320 km/saatdır.

Güc qurğusunun təkmilləşdirilməsi ilə yanaşı, Gemballa asmanı tam dəyişib və bir sıra aerodinamik komponentlər hazırlayıb. Buna qabaqda splitter, daha enli yan ətəklər, böyük diffuzor və qaz buraxma sistemi üçün 4 boru daxildir. Bütün detallar karbondan hazırlanıb.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911, Gemballa 27.02.2017

Şərhlər


AD