Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Italdesign yeni superkarını təqdim etdi

Italdesign atelyesi öz brendinin ilk modelini təqdim edib. Atelye kiçik seriyalı eksklüziv avtomobillərin - Italdesign Automobili Speciali - buraxılışı ilə məşğul olacaq. Bu, orta mühərrikli, V10 adlı ikiqapılı superkar 610 a.g.-ə malik olacaq. Şirkət bu avtomobildən cəmi 5 ədəd istehsal edəcək.

Italdesign-dan bildiriblər ki, avtomobil karbondan və alüminiumdan olan modul şassi üzərində yığılacaq. O, Lamborghini Huracan və Audi R8 plus-da olan 5,2-litrlik 10-silindrli mühərriklə və tam ötürücü (quattro) ilə təchiz ediləcək.

Atmosferli mühərrik 560 Nm fırlanma anına malikdir. İkiqapılı ilk yüzlüyü 3,2 saniyəyə yığır, maksimal sürəti isə 330 km/saatdır. Bu xarakteristikalarına görə o, R8-lə eynidir.

Modelin 5 avtomobilinin hər birini şirkət özü Turində yığacaq. İstehsalat mart ayında Cenevrə avtosalonundakı təqdimatdan sonra başlayacaq. Italdesign V10-nun qiyməti 1,5 milyon avrodur.

AUTO.AZ



teqlər:
Italdesign, Italdesign V10 25.02.2017

Şərhlər


AD