Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SsangYong yeni krossover təqdim etdi

SsangYong Koreya şirkəti Cenevrə avtosalonunu gozləmədi və yeni konseptual krossoverin ilk şəkillərini göstərdi. Bu krossoverin təqdimat mərasimi martın əvvəlində keçiriləcək.

Yeddiyerli ortaölçülü prototip XAVL (eXciting Authentic Vehicle Long)  iki il əvvəl təqdim edilən və seriyalı yolsuzluq avtomobili Korando-nun üslubunda olan beşyerli konsept XAV-in inkişaf etmiş variantıdır.

Hələ ki, yeni SsangYong XAVL haqqında çox danışılmır. Güman edilir ki,avtomobil 4,6 metr uzunluq və 2,7 təkər bazası ilə  ölçülərinə görə Skoda Kodiaq və Nissan X-Trail-ə yaxın olacaq.

SsangYong-da, həmçinin, yeni krossoverin benzin və dizel mühərrikləri, qabaqcıl təhlükəsizlik sistemləri, avtomobillər arası “rabitə” funksiyası və rəqəmsal cihaz paneli ilə əlverişli olacağı məlumat verilir.

AUTO.AZ



teqlər:
SsangYong 24.02.2017

Şərhlər


AD