Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-dən 3000-güclü kater

Mercedes-AMG və Cigarette barədə elan verildikdən sonra Racing Team yeni, beşinci müştərək layihəsini – kupe AMG GT R üslubunda hazırlanmış ekstremal idman katerini rəsmi surətdə təqdim edib. O, 50’ Marauder AMG adlandırılıb. Ekstremal yenilik ümumi gücü 3100 a.g. olan iki güc qurğusu ilə təmin edilib.

Unikal Cigarette Racing Team 50’ Marauder AMG kateri tvin-turbo V8 mühərrikləri ilə təchiz edilib. Mühərriklər Mercury Racing istehsalıdır. 9-litrlik benzin aqreqatlar 1350 a.g. verir. Əgər idman yanacağından və xüsusi açardan istifadə edilsə onda mühərriklər 1550 a.g. verə biləcəklər. Katerin dinamik xarakteristikası barədə məlumat verilmir.

Bundan əlavə, 15-metrlik Marauder AMG unikal bəzək alıb. Kater vizual olaraq böyük loqotip və yanlarda eksklüziv parlaq yaşıl rəngli xətlərlə seçilir. Bu xətlər ekstremal kupe AMG GT R-dəki kimidir. Həmçinin yenilik beş dəri idman oturacaqlar və AMG emblemləri alıb. Katerin içində yaşıl rənglərdən istifadə edilib.

Qiymət barədə də məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD