Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari ən güclü sportkar təqdim edib

Ferrari F12 modelinin ən güclü modifikasiyasının sirrini açıb. Avtomobil 812 Superfast adlandırılıb və F12 Berlinetta-nın sələfi kimi mövqe tutur. Modelin debütü cari il martın 7-də Cenevrə avtosalonunda keçiriləcək və dərhal satışa çıxarılacaq.

Sportkar 6,5-litrlik V12 mühərriki alıb. Çox güman ki, 812 Superfast bu mühərrikdən istifadə edən son model olacaq. Mühərrik 800 a.g.-ə malikdir. Beləliklə, yenilik Ferrari-nin ən güclü seriyalı avtomobili olub. Mühərrik iki muftası olan robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir. Model 100 km/saata 2,9 saniyəyə sürətlənir, maksimal sürət isə 340 km/saatdır. Sportkarın çəkisi 1525 kq-dan çoxdur.

Avtomobil F12 Berlinetta-dan yeni radiator barmaqlığı, diodlu optika, arxa diffuzor ilə fərqlənir. Avtomobil aerodinamik asma, fərqli yan ətəklər, yeni arxa bamper və spoyler alıb.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 812 Superfast 20.02.2017

Şərhlər


AD