Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Təkmilləşdirilmiş Mitsubishi Lancer

Mitsubishi Motors-un Tayvandakı texniki mərkəzi China Automotive Technology and Reseach Center (CARTEC) 10-cu nəsil təkmilləşdirilmiş sedan Mitsubishi Lancer üçün məxsusi variantını hazırlayıb. Bu, yerli bazar üçündür. Model Grand Lancer adlandırılıb. Onun əsas yeniliklərindən biri də 3 mövzu variantı olan tam rəqəmsal cihazlar panelidir.

Bundan əlavə, modelin banının qabaq hissəsi təkmilləşdirildikdən sonra demək olar ki, tam dəyişib. Bamperlər, qabaq faralar və radiator barmaqlığı fərqlidir. Modelin interyeri də modernləşdirilib. Rəqəmsal cihazlar paneli ilə yanaşı, Grand Lancer yeni mərkəzi konsol da alıb.

Mitsubishi Grand Lancer 1,8-litrlik atmosferli benzin mühərriklə hərəkətə gətirilir və o, 140 a.g.-ə, 176 Nm fırlanma anına malikdir. Mühərrik Jatco variatoru ilə uyğunlaşır. Bildirilir ki, bu mühərrik 100 km məsafəyə 6,3 litr yanacaq sərf edir.

Bundan başqa, Grand Lancer əvvəlki versiyadan yenidən tənzimlənmiş asma və təkmilləşdirilmiş səs və titrəyiş izolyasiyası ilə seçilir.

AUTO.AZ

 



teqlər:
Mitsubishi, Mitsubishi Lancer 18.02.2017

Şərhlər


AD