Mercedes-Benz şirkəti yolsuzluq avtomobili G-Class-ın ən yaxşı yeni versiyasını təqdim edib. Avtomobil Landaulet G650 adlandırılıb və Maybach brendi altında istehsal ediləcək. Avtomobilin təqdimatı martın 7-də Cenevrə avtosalonunda keçiriləcək. Satışa isə bu ilin sonlarında çıxarılacaq. Maybach-ın ilk yolsuzluq avtomobili məhdud sayda – 99 ədəd buraxılacaq. Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.
Yenilik 6,0-litrlik benzin V12 mühərriki alıb. O, 630 a.g.-ə malikdir. Yolsuzluq avtomobilinin dinamik xarakteristikaları hələlik sirr olaraq qalır. Landaulet G650 3 bloklama diferensialı olan tam ötürücü ilə təchiz edilib.
Yolsuzluq avtomobilinin uzunluğu 5345 mm, eni 2110 mm-dir. Təkər bazasının uzunluğu 3428 mm-dir. Sürücünün və qabaq sərnişinin üzərində möhkəm stasionar dam ilə yanaşı, avtomobilin arxa oturacaqları hissəsindəki dam açılandır.
Salonun qabaq və arxa hissələrini idarəolunan şüşə arakəsmə bölür. Masaj funksiyası olan sərnişin oturacaqları S-Class Pullman-dan götürülüb. Salonda, həmçinin yığılan stollar və 10-düymlük iki displey var.
teqlər: | Mercedes-Benz, Mercedes-Benz G-Class, Maybach | 17.02.2017 |