Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi ən sürətli hetçbəki təkmilləşdirib

Audi şirkəti hetçbək banında təkmilləşdirilmiş RS3-ün sirrini açıb. Yenilik Cenevrə avtosalonunda debüt edəcək. Dünyada ən sürətli hetçbək Avropa bazarına cari ilin aprel ayında çıxarılacaq.

Yeniliyi 2,5-litrlik, 5-silindrli təkmilləşdirilmiş benzin mühərriklə təchiz ediblər. O, 400 a.g. və 480 Nm-ə malikdir (sələfindən 33 a.g. daha çox). Belə mühərrikə malik olan RS3 100 km/saata 4,1 saniyəyə sürətlənir.

Beləliklə, hetçbək sələfini 0,2 saniyə qabaqlayır. O, bu göstərici ilə həm də əsas rəqibi olan Mercedes A-Class AMG-dən üstündür. Tam ötürücülü yeniliyin maksimal sürəti 250 km/saatdır. Mühərrik iki muftalı 7-pilləli robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Audi, Audi RS3 15.02.2017

Şərhlər


AD