Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge Challenger xüsusi versiya alıb

Mopar atelyesi 80 illik yubileyi münasibətilə kupe Dodge Challenger-in xüsusi versiyasını hazırlayıb. Yeniliyin əsas fərqləndirici xüsusiyyəti əl ilə rənglənmiş ban, o cümlədən eksteryerin və interyerin məxsusi bəzədilməsidir. Yubiley modifikasiyası üçün tünerlər iki rəng sxemi təklif edirlər (Pitch Black / Billet Silver və Pitch Black / Contusion Blue). Burada kapot, dam və baqaj qapağı qara rəngdə, banın digər hissələri isə gümüşü və ya tünd-göy rəngdə boyanıb.

Bu ikiqapılının qabaq qanadlarında 392 rəqəmi yazılıb. Mopar-ın xüsusi versiyası təkmilləşdirilmiş Challenger Hellcat-dan bəzi elementlər alıb (məsələn, sol farada hava çıxıntısı, qaz buraxma sistemi üçün qara borular). Bundan əlavə, modifikasiyada mərkəzində hava çıxıntıları olan Shaker kapotu və 20-düymlük təkər diskləri var.

Yubiley münasibətilə buraxılan Dodge Challenger 2017-2018-in interyeri də məxsusi bəzək alıb. Bu kupenin oturacaqlarında kontrast rəngli tikişlər var, söykənəcəklərində isə atelyenin adı yazılıb.

Güc aqreqatına gəldikdə isə, Mopar mütəxəssisləri kupeni 6,4-litrlik, 485 a.g. və 644 Nm gücə malik V8 mühərriki ilə təchiz ediblər. Yubiley münasibətilə buraxılan Challenger-dən cəmi 160 ədəd olacaq.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Challenger 14.02.2017

Şərhlər


AD