Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru-dan təkmilləşdirilmiş Legacy

Subaru şirkəti təkmilləşdirilmiş sedan Legacy-nin sirrini açıb. Şirkətin mətbuat xidmətinin məlumatına görə, yenilik fevralın 9-da Çikaqo avtosalonunda debüt edəcək. Avtomobilin qiyməti hələlik məlum deyil.

Şirkətin nümayəndələrinin sözlərinə görə, restaylinq olunmuş Subaru Legacy ortaölçülü sedanlar seqmentində ən geniş avtomobildir. Model pilləsiz Lineartronic sürət qutusu və 2,5-litrlik, 175 a.g. olan atmosferli benzin mühərriklə təchiz edilir. Müştərilərə, həmçinin 3,6-litrlik, 256 a.g. olan mühərrik də təklif ediləcək.

Avtomobil simmetrik tam ötürücü və dartma vektorunu idarə edən Active Torque Vectoring (ATV) sistemləri ilə təchiz olunub. Bundan əlavə, Subaru mühəndisləri yaxşı idarəetmə üçün Legacy-nin şassisini də təkmilləşdiriblər.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Legacy 13.02.2017

Şərhlər


AD