Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel yeni universal təqdim edib

Təqdimata bir ay qalmış Ope-in səbri çatmadı və universal Insignia-nın şəkillərini internetə yerləşdirdi. Bu, universalın ikinci nəslidir və yay aylarında satışa çıxarılacaq.

Insignia-nın universalı sedanından daha sərfəli görünür. Çox qəşəngdir! Yeni platforma sayəsində o, 200 kq daha yüngül alınıb – sanki penoplastdan hazırlanıb. Baqajın həcmi 100 litrə qədər genişlənib. Əlavə pul ödəndikdə FlexRide amortizatorları və 3 rejimli (Standart, Sport və Tour) şassi tənzimləməsi funksiyasını sifariş etmək olar. 32 dioddan ibarət və 400 metri işıqlandıra bilən IntelliLux faraları çox güman ki, standart avadanlıqlardan deyil.

Salonda Wi-Fi, Apple CarPlay və Android Auto var. Smartfonları simsiz enerji ilə doldurma imkanı, masaj edən oturacaqlar, proyeksiyalı displey və aktiv kruiz. Hələlik xarakteristika barədə məlumat yoxdur. Çox güman ki, 247-güclü 2-litrlik dizel olacaq.

AUTO.AZ



teqlər:
Opel, Opel Insignia, Insignia Sports Tourer 10.02.2017

Şərhlər


AD