Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep Wrangler xüsusi versiya alıb

Yolsuzluq avtomobilinin yeni nəsli ən gec gələn il satışa çıxarılmalıdır. Hazırkı Wrangler-i təntənəli surətdə təqaüdə gedir: amerikalılar yolsuzluq avtomobilinin ekstremal modifikasiyasını təqdim ediblər. O, Wrangler Rubicon Recon adlanır.

Adından da göründüyü kimi, bu versiya Rubicon komplektasiyası əsasında yığılıb, lakin müxtəlif çətin yollardan keçə bilməsi üçün əlavə ləvazimatlar alıb. Məsələn, gücləndirilmiş asma elə düzəlib ki, o, ən çətin sınaqlardan çıxa bilir. Buna baxmayaraq, 35 düym diametri olan yolsuzluq şinləri də quraşdırıla bilər.

Yolsuzluq avtomobilinin eksteryeri ban üçün xüsusi mat rəngi və qara əlavələrlə (radiator barmaqlığı və təkmilləşdirilmiş bamperlə bu rəngdədir), o cümlədən qırmızı yedək deşiyi ilə tamamlanır. Bundan əlavə, Wrangler Recon üçün opsiya olaraq ventilyasiya çıxışları olan kapot da əlyetərlidir.

İnteryerdə əlavə cihazlar peyda olub ki, onlar yağın təzyiqini, soyutma mayesinin vəziyyətini və şinlərdəki təzyiqi göstərir – bu məlumatlar multimedia sisteminin ekranında göstərilir. Güc qurğusu isə dəyişikliklərə məruz qalmayıb.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Wrangler 09.02.2017

Şərhlər


AD