Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Maybach-dan möhtəşəm Qalenvaqen

Mercedes-Benz yeni üstü açıq G-Class-ın tizerini nəşr etdiyməyə macal tapmamış onun barədə əsas məlumatlar yayıldı. Kabriolet banında olan Qalenvaqen-in qəddar şassi əsasında buraxılması azmış kimi, o Maybach brendi altında istehsal edilib. Onun adı - Mercedes-Maybach G650 Laundalet.

Yeni yolsuzluq avtomobili olan Maybach landolet banında yığılıb (əvvəllər bu ban ilə sedan Maybach 62 s Landaulet buraxılırdı). Avtomobilin bərk damı yalnız mərkəzi dayağa qədərdir, sərnişin hissəsi isə yumşaq, açılan damla təchiz edilib. Ayaqlar üçün mümkün qədər böyük yer düzəltmək üçün arxa oturacaqlar maksimal surətdə geriyə çəkilib. Qabaq oturacaqlar xüsusi arakəsmə ilə ayrılır ki, onun şüşəsi aşağı salınır.

Mercedes-Maybach G650 Laundalet altıtəkərli G 63 6x6-nı xatırlatsa da, o Mercedes-Benz G 500 4x4²-nin dartılmış dördkünc platformasında yığılıb (təkər bazası 3428 mm). Avtomobil müvafiq olaraq gücləndirilmiş asma, sürət qutusunu aşağı salan portal tipli körpülər və 100 faiz bloklu 3 differensialla təchiz olunub. Bu versiyada cütləşdirilmiş amortizatorlar işə yaramayıb.

Mühərrik 500-güclü deyil. O, 612 a.g. və 1000 Nm-ə malik 6-litrlik V12-dir - G 63 6x6-da olduğu kimi. Belə ki, yolsuzluq avtomobillərinin bütün nümunələrində eyni işıqlandırma olacaq, müştəriyə isə yalnız ban rəngini seçmək qalacaq. Möhtəşəm Qalenvaqen-Maybach-ın təqdimatı Cenevrədəki avtomobil sərgisində keçiriləcək. Bildirilir ki, G650 Laundalet məhdud sayda – 99 ədəd istehsal ediləcək.

AUTO.AZ



Şərhlər


AD