Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

 

AZƏRBAYCANA İLK WRAITH BLACK BADGE GƏTİRİLDİ

Bakı 27 yanvar 2017-ci il

Rolls-Royce Motor Cars Bakı müştəriləri və brend dostları üçün cümə günü Azərbaycanda ən birinci Wraith Black Badge avtomobilinin  gəlməsini paytaxtın mərkəzindəki sərgi-satış salonunda keçirtdiyi nüfuzlu təqdimat mərasimi ilə qeyd etdi. Təqdimat salonu Bespoke seriyasının ruhuna uyğun tərzdə bəzəldilmişdir: Black Badge həqiqi mənada əsl Rolls-Royce avtomobilidir - daha da sirli, daha da təsirli və son dərəcədə özünə əmin.

Təntənəli mərasimi açan Improtex Group-un vitse-prezidenti cənab Vüqar Ələkbərov, qonaqları səmimi salamlayaraq, onlara rəhbərlik etdiyi şirkətin Azərbaycanın avtomobil bazarında keçdiyi uzun və uğurlu yol haqqında, yeni planlar və perspektivlər haqda ətraflı danışdı.

Təqdimat mərasimində çıxış etmiş Böyük Britaniyanın Azərbaycandakı Səfiri xanım Kerol Krofts dedi: Rolls-Royce Motor Cars biznesinin uğur tarixi gündən günə artır və kanonik Rolls-Royce Ekstaz Ruhu Britaniyaya məxsus mühüm sənatkarlıq səviyyəsi kimi hər yerdə tanınır. Böyük Britaniyanın dəbdəbəli avtomobillər sənayesinin arasıkəsilməz uğuru həm Böyük Britaniyada, həm də bütün dünya üzərində yeni iş yerlərinin yaradılmasına köməkçi olur. Biz Rolls-Royce modellər sırasının növbəti nümayəndəsini Azərbaycanda səmimi qəlbdən salamlamağa məmnunuq.”

Rolls-Royce Motor Cars-ın daimi Bespoke seriyası olan Rolls-Royce Black Badge həm zahiri görünüşündə, həm də mühəndislik işləmlərində əsl dəyişiklik deməkdir. Wraith və Ghost avtomobillərinin hər ikisi Black Badge variantında mövcuddur və bu aydan etibarən müştərilərə təqdim olunacaqdır.

Wraith Black Badge avtomobilinin təqdimatında Rolls-Royce Motor Cars-ın Brend üzrə Meneceri Nurlan Pənahlı xüsusən vurğuladı ki, : “Black Badge - həyata fərqli münasibətin olması və Rolls-Royce brendinin həyacanlı ruha malik insanlara istiqamətlənmiş mövqeyi deməkdir. Həmin insanlar gərgin iş şəraitində çalışır və öz statuslarını ifadə etmək niyyətindədir. Black Badge avtomobilini canlı Bakıda görmək - dil ilə təsvir edilə bilməyən hissiyyatdir. ”
Daha da sirli estetika Ekstaz Ruhunun yeni görkəmində: qabaq barmaqlığın tərtibatında, yük yeri qapağının işləməsində, hava sorucu boruların daha aşağı qurulmasında və səs boğucularının tünd metal rəngində boyanmasında öz əksini tapmışdır. Bundan başqa, qabaq, yan və arxa hissələrdə yerləşdirilmiş məşhur ikili R işarələri qara fonda gümüşü rəngdə hazırlanmış və bununla da, Rolls-Royce avtomobilin ‘Black Badge’ adlı alternativ reallığa daxil olduğunu ifadə edir. ‘Black Badge’ yaradılandan Rolls-Royce öz brendinin ikonasının xasiyyətinin ən gizli tərəflərini üzə çıxarır.

Black Badge avtomobilin salonunda isə Rolls-Royce brendinə məxsus ən müasir materiallara əsaslanan əsl təmtərağın və kosmik mirasın birləşməsi nəticəsində hədsiz perspektivlər mövcuddur.

Ayın  əvvəlində  lyuks  avtomobillərin  lider  istehsalçısı  Rolls-Royce  Motor  Cars,  113-illik  istehsalat tarixindəki ikinci rekord satış nəticəsi barədə məlumat vermişdir, belə ki, 2016-cı ilin satış nəticəsi 2015- ci ilin satış nəticəsinə nisbətən 6 % yüksəkdir. Ümumilikdə 50-dən artıq dünya ölkəsində müştərilərə  4011 avtomobil satılmış və bu da öz növbəsində bütün dünya üzrə təmtəraq əşyaları bazarı gərgin şəraitdə olmasına baxmayaraq brendin nüfuzunun və davamlı uğurun sübutu olmuşdur.

Rolls-Royce Motor Cars Bakı Improtex Motors şirkətinin mühüm tərkib hissələrindən biridir.

Black Badge: mükəmməl mühəndislik və texnoloji işləmələr -
Black Badge avtomobilin ən incə üsullarla təmin etdiyi əsas əlamət
Rolls-Royce Motor Cars

Redaktorlar üçün şərhlər :

Yerli avtomobil bazarında premium və eksklyuziv avtomobillərin idxalçılarından biri olan "Improtex Motors” şirkəti  1998-ci ildə yaradılmışdır. Bu gün şirkət BMW, BMW Motorrad, MINI və Yamaha kimi dünyada məşhur olan brendlərin Azərbaycanda rəsmi və eksklyuziv idxalçısıdır. 2014-cü ildə "Improtex Motors” Rolls–Royce Motor Cars-ın Azərbaycanda eksklyuziv dileri olmuş və Rolls-Royce Motor Cars Baku satış sərgi salonu açılmışdır.
Eyni zamanda,  Rolls-Royce Texniki Xidmət, Servis və Satışdan sonrakı Xidmət Mərkəzinin rəsmi açılışı baş tutdu və həmin Mərkəz aşağıdakı ünvanda yerləşir : 20 Yanvar küç.33

Hər hansı əvvəlki Rolls-Royce avtomobili ilə müqayisədə hər bir Black Badge ruhlu minik avtomobili tamamilə təkraredilməz Rolls-Royce avtomobilidir.

Ghost avtomobili - adi güc demək deyil - bu Rolls-Royce "limuzin"i anlayışının ən müasir təfsiridir. Həmin təfsir isə sürücü ilə hərəkət etməklə yanaşı, avtomobili özü idarə etməyi sevən iş adamlarını cəlb edir. Rolls-Royce mühəndisləri mühərrik gücünü 41a/g artıraraq onu 612 at gücünə çatdırdılar və baza Ghost modeli ilə müqayisədə fırladıcı anı 60Nm (840Nm) göstəriciyədək artırdılar. Bu sarsıdıcı effektivliyi əldə edərək, Rolls-Royce Ghost Black Badge salonunun arxa hissəsindəki sərnişinlərə məhz uçan xalça səyahətinə bənzər rahatlığı təmin edir.

Wraith Black Badge isə tamamilə fərqli təklifdir. Wraith - əsl sürücü üçün nəzərdə tutulmuş ultimativ Qran Turizmo sinfinin zirvəsidir. Dünyanın ən güclü və 632 at (465 kVt) gücünə malik Rolls-Royce avtomobili olmaqla yanaşı, Wraith həmçinin, hər zaman bütün Rolls-Royce model sırasında ən çox sürücüyə yönəldilmiş avtomobilidir. Bununla belə, yeni nəsil yüksək təbəqəli müştərilərin istəklərinə cavab vermək üçün Rolls-Royce mühəndislər heyəti inadla çalışaraq bu fenomenal kupenin tamamı ilə fərqli, unikal tərəflərini mükəmməl etmişdir.

Artıq mövcud olan yüksək mühərrik gücü ilə əlavə fırladıcı an göstəricisi (+50Нм), tamamilə yeni tərzdə tənzimlənmiş pnevmatik asqını, yeni aparıcı vallar və yenilənmiş 8 pilləli sürət qutusunu birləşdirərək Rolls-Royce daha da sürücüyə yönəldilmiş dinamik Wraith yaratmaqla Rolls-Royce ənənəvi yüngül idarə etmə xüsusiyyətlərini qoruyub saxlamışdır.

Asqıda və idarə etmədə dəyişikliklərə və yeni əlavə aparıcı vallara görə Ghost və Wraith Black Badge avtomobilləri hərəkət zamanı yenidən misilsiz təmtarağı təmin etməklə, sürücüyə bir qədər də daha artıq diqqət ayırır.

Rolls-Royce Motor Cars Bakı
Ünvan: Ə. Əlizadə küç. 5, AZ1001, Bakı Əlaqəli şəxslər: Nurlan Pənahlı
Instagram: instagram@rollceroycebaku
Facebook: Rolls-Royce Motor Cars Baku



teqlər:
Rolls-Royce, Rolls-Royce Wraith 07.02.2017

Şərhlər


AD